“Qarabağ”ın sabiq braziliyalı futbolçusu erməni terrorunu pisləyib

“Qarabağ”ın sabiq braziliyalı futbolçusu erməni terrorunu pisləyib

Azərbaycanda çıxış etmiş daha bir futbolçu Vaqner da Silva Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib.

Məlumata görə, “Qarabağ”ın sabiq qapıçısı erməni terrorunu pisləyən paylaşım edib.

2018-2020-ci illərdə Ağdam klubunun formasını geyinmiş braziliyalı qolkiper instaqram səhifəsi vasitəsilə “Gəncə üçün dua et” haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*