“Qarabağ” fransalı hücumçuya 1.4 milyon manat verəcək

“Qarabağ” fransalı hücumçuya 1.4 milyon manat verəcək

“Qarabağ”ın bu yay heyətinə qatdığı Maqaye Qeyenin maaşı açıqlanıb.
Azərbaycan çempionu fransalı hücumçuya illik 420 min dollar (714 min manat) maaş verəcək. 29 yaşlı futbolçu 2 illik sözləşmə imzalayıb və bu müddətdə o, 840 min dollar (1 milyon 428 min manat) qazanacaq.
Qeyd edək ki, Maqaye Qeye “Qarabağ”a Türkiyənin “Osmanlıspor” klubundan transfer olunub. “Transfermarkt”ın məlumatına görə, türk klubu bu keçiddən 290 min avro (493 min manat) qazanıb. O, “Qarabağ”ın heyətində keçirdiyi 3 oyunda 1 qol vurub.
Maqaye Qeye əvvəllər Fransanın “Strasburq”, “Brest”, İngiltərənin “Everton”, “Milluoll” və Türkiyənin “Adanaspor” klublarının formasını geyinib.
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*