“Qalatasaray” klubu sabah Azərbaycana yollanacaq

“Qalatasaray” klubu sabah Azərbaycana yollanacaq

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun Azərbaycana gələcəyi tarix müəyyənləşib.

İstanbul təmsilçisi sentyabrın 16-da səhər saatlarında ölkəni tərk etməyə hazırlaşacaq.

Koronavirus testindən keçdikdən sonra Bakıya xüsusi çarter reysi ilə gələcək “cim-bom”un təyyarəsi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) havaya qalxacaq. Komanda sabah axşam saatlarında matçın oynanılacağı Bakı Olimpiya Stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*