Futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqi dərc olunub

Futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqi dərc olunub

Populyar “FourFourTwo” idman jurnalı futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqini dərc edib.

Reytinqə şotlandiyalı məşqçi, karyerasının böyük hissəsini “Mançester Yunayted”ə rəhbərlik etmiş ser Aleks Fergüson rəhbərlik edir.

1986-cı ildən 2013-cü ilədək Mançester klubuna baş məşqçisi olmuş A.Fergüson 13 dəfə İngiltərə çempionluğunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

İlk onluğa, həmçinin niderlandlı Rinus Mixels və Yohan Kroyff, şotlandiyalı Bill Şenkli və Mett Basbi, ispaniyalı Xosep Qvardiola, italiyalı Arriqo Sakki, argentinalı Elenio Errera və avstriyalı Ernst Happel daxil olub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*