FİFA-nın sabiq prezidenti Blatter xəstəxanaya yerləşdirilib

FİFA-nın sabiq prezidenti Blatter xəstəxanaya yerləşdirilib

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib

“Blick” nəşrinə istinadən verilən məlumata görə, 84 yaşlı Y.Blatterin vəziyyəti ağır kimi qiymətləndirilsədə, onun həyatı üçün təhlükə yoxdur. Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin konkret səbəbi bildirilmir.

Y.Blatterin qızının sözlərinə görə, onun vəziyyəti günü gündən yaxşılarşır, lakin onun istirahətə ehtiyacı var.

Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən 2015-ci ilədək FİFA-nın prezidenti olub. İsveçrəli sabiq prezident korrupsiya işi üzrə 8 il futbol fəaliyyətindən kənarlaşdırılmışdı, lakin 2016-cı ildə FİFA-nın aprellyasiyas komitəsi bu müddəti 6 ilə qədər alatmışdı.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*