Azərbaycan – Lixtenşteyn matçının stadionu dəqiqləşib

Azərbaycan – Lixtenşteyn matçının stadionu dəqiqləşib

Martın 23-də təlim-məşq toplanışı üçün Maltaya yollanacaq Azərbaycan millisinin ilk yoldaşlıq matçının məkanı müəyyənləşib.

Komandamız həmin ayın 26-da Lixtenşteynlə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşma “Hibernians” stadionunda keçiriləcək. Paola şəhərində yerləşən arena təxminən 3000 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, martın 31-dək Maltada hazırlıq keçəcək millimiz ayın 30-da yerli yığma ilə yoldaşlıq görüşündə qarşılaşacaq.
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*