Azərbaycan kubokuna 100-ə yaxın atlet qatılacaq

Azərbaycan kubokuna 100-ə yaxın atlet qatılacaq

Noyabr 9-10-da ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək.

Turnir Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq.

Kubokda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-ə yaxın atlet öz qüvvəsini sınayacaq.

Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*