UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi bu gün futbol üzrə Avropa Çempionatının keçiriləcəyi şəhərləri təsdiq etməlidir.
Məlumata görə, Avropa Çempionatının oyunları iyunun 11-dən iyulun 11-dək Avropanın 12 şəhərində keçirilməlidi: Sankt-Peterburq, Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhaqen, London, Münhen və Roma.
Bu gün keçiriləcək iclasın gündəmində 2024-cü ildən sonra UEFA klub yarışlarının formatının müzakirəsi də yer alıb. İclasda həmçinin 2023, 2024 və 2025-ci ildə gənclər arasında Avropa çempionatının keçiriləcəyi ölkələr seçiləcək.