Millimiz FİFA reytinqində mövqeyini qorudu
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Azərbaycan millisi dünya ölkələrinin reytinq sırasında 121-ci yerdə qərarlaşıb.
Hazırda milli komandamızın hesabında 1143 xal var. Canni De Byazinin yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub. Hesabat dövründə matç keçirməyən komandamızın xal hesabı dəyişməz qalıb.
Qeyd edək ki, siyahıya 1844 xala malik Argentina başçılıq edir.