Argentina dünya çempionu oldu
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
Dünya çempionatının final oyununda Argentina və Fransa yığmaları üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb.
Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Matçın 109-cu dəqiqəsində Lionel Messi, 116-cı dəqiqəsində Kilyan Mbappe adını qol siyahısına yazdırıb.
Final görüşünün qalibi penalti seriyasında müəyyənləşib. Sonda zərbələri dəqiq yerinə yetirən Argentina millisi Fransanı məğlub edərək, dünya çempionatının qalibi olub.