Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi
Bakı şəhər Gənclər və İdman idarəsi, Azərbaycan Kingboksinq Federasiyası və "Vətən" Kingboksinq klubunun birgə təşkikatçılığı ilə "Dəmir yumuruq" birinciliyi keçirilib. Yarışda 20 komandadan 250 idmançı iştirak edib. Qalib olan idmançılar Bakı şəhər Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar. İdmançılar və məşqçilər belə bir bu yarışın təşkil olunması və keçirilməsində göstərilən dəstəyə görə Bakı şəhər Gənclər və İdman idarəsi və Azərbaycan Kingboksinq Federasiyasına öz təşəkkürlərini çatdırıblar.