FHN əməkdaşları dünya çempionatında qızıl medal qazanıblar

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Orxan Mehdiyev və Tural Useynov 23-29 oktyabrda İtaliyanın Karrara şəhərində keçirilən kikboksinqin WTKA versiyaları üzrə döyüş növlərinin Dünya çempionatında iştirak ediblər.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, FHN əməkdaşları Orxan Mehdiyev 65 kq, Tural Useynov isə 85 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, hər iki əməkdaş dünya, Avropa və ölkə çempionu olmaqla yanaşı dəfələrlə beynəlxalq turnirlərin qalibi olublar.