Gimnastlarımız Portuqaliyadan gümüş və bürünc medallarla qayıdıb

Portuqaliyanın Santarem şəhərində gimnastlarımız medallar qazanıb.
Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası üzrə "ScalabisCup" beynəlxalq turnirində yığma komandamızın üzvləri Hüseyn Abbasov fərdi proqramda gümüş, İbrahim Mustafazadə və Fərhad Mustafayev isə bürünc medallar əldə ediblər.