Rafael Ağayev ABŞ idmançısına qalib gəldi - “Karate Combat”
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində növbəti döyüşünə çıxıb.
Qol.az xəbər verir ki, idmançımız Florida ştatının Mayami şəhərində Coş Kuayhagenlə (ABŞ) qarşılaşıb və rəqibinə qalib gəlib.
Qeyd edək ki, Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.
Əlavə edək ki, digər kareteçimiz Şahin Atamov isə Kenci Qrillona (Fransa) uduzub.















