Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı ilə davam etdirir.
Bakı Olimpiya İdman Kompleksində start götürən yarışda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 100-dək gimnast medallar uğrunda mübarizə aparacaq.
İki gün davam edəcək yarışlarda idmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyasında (2005-ci il və daha böyük) mübarizə aparacaqlar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.