UEFA yeni qayda tətbiq etmək istəyir

UEFA rəhbərliyi futbol klublarına yeni qayda tətbiq etmək barədə düşünür.
Bu haqda Britaniya mətbuatı məlumat yayıb.
Belə ki, UEFA klublara transfer edən futbolçularla maksimum 5 illik müqavilə bağlamağa icazə verəcək. Lakin indiki qaydaya əsasən, İngiltərə istisna olmaqla, bu müqavilə beş ildən çox olmayan müddətə bağlanılır.