“Frayburq” “Qarabağ”a qarşı bu heyətlə oynayacaq
Avropa Liqasının qrup mərhələsinin ilk turunda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Almaniyanın “Frayburq” komandası iştirak ərizəsini UEFA-ya təqdim edib.
Rəqib komandanın baş məşqçisi Kristian Ştrayxın açıqladığı heyətə qapıçılar - Benyamin Uphoff, Mark Flekken, müdafiəçilər - Uqo Sike, Filip Linhardt, Manuel Qulde, Lukas Kübler, Mattias Ginter, Kristian Günter, Keven Şlotterbek, Endi Xoti, yarımmüdafiəçilər - Jonatan Şmid, Maksimilian Eggeştayn, Yannik Kaytel, Nikolas Höfler, Çon U Yon, Vinçentso Qrifo, Merlin Röl, Ritsu Doan, hücumçular - Lukas Höler, Daniel-Kofi Köreh, Nils Petersen, Roland Şallai, Mixael Qreqoriç və Vinsent Vermeyin adı daxil edilib.
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də keçiriləcək. “Europe Park” stadionunda təşkil olunacaq G qrupunun birinci tur oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.