Məmmədyarov və Rəcəbov mövqelərini qorudular
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov (2757 xal) və Teymur Rəcəbov (2747 xal) dünya reytinqində mövqelərini qoruyublar. Ş.Məmmədyarov 10-cu, T.Rəcəbov isə 15-ci pillədədirlər.
Kişi şahmatçılarımızdan ilk yüzlükdə daha bir təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2661 xal) 85-ci yerdədir.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2861 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü sıradadır.
Qadınların reytinq cədvəlində isə şahmatçılarımızdan Günay Məmmədzadə 2473 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2408) 45-ci, Gülnar Məmmədova (2382 xal) isə 73-cü pillədə yer alıblar.
Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və hindistanlı Humri Koneru (2574 xal) sonrakı iki pillədə qərarlaşıblar.