“Viktoriya” - "Qarabağ" oyununu bu TV-lər canlı yayımlayacaq
Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Viktoriya” (Çexiya) - "Qarabağ" cavab matçı Azərbaycan və Rusiya kanalları vasitəsi ilə canlı yayımda olacaq.
Azarkeşlər görüşü Azərbaycanın “CBC Sport” və Rusiyanın “Matç! Futbol1” kanalı vasitəsi ilə canlı izləyə bilərlər.
Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.