Fəridə Əzizova İslamiadada qızıl medal qazandı
Azərbaycanın qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Yenisabah.az xəbər verir ki, 67 kq-da yarışan idmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gəlib.