Mariya Stadnik İslamiadada ilk qələbəsini qazanıb
Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında 50 kiloqram çəki dərəcəsində mübarizəyə başalayan qadın güləşçimiz Mariya Stadnik ilk qələbəsini qazanıb.
Yarışda güləşçimiz qazaxıstanlı Svetlana Ankiçevanı 33 saniyəyə məğlub edib. Mübarizə 10:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, M.Stadnik 2017-ci ildə Bakıda keçirilən dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir.