AFFA millimizin baş məşqçisi ilə VİDALAŞDI
AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.
Serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.
AFFA Obradoviçə U-21yığmasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Bildirilib ki, millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.