Azərbaycan gimnastları İtaliyada keçirilən Avropa Çempionatında medal qazanıblar
İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan gimnastları Maqsud Maxsudov və Mixail Malkin bir qızıl və bir gümüş medal qazanıblar.
Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, fərdi növdə çıxış edən tamblinqçimiz Mixail Malkin böyüklər arasında gümüş medal qazanıb.
Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib.