“Milan” 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb
İtaliya çempionatının sonuncu, 38-ci turunda "Sassuolo" futbol klubunu 3:0 hesabı ilə məğlub edən "Milan" komandası A Seriyasının qalibi olublar.
Qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurublar.
“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı olan “İnter”i iki xal qabaqlayıb.
Beləliklə, "Milan" 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb (son çempionluq 2010/11 mövsümündə olub).