Atıcılıq üzrə dünya kubokuda Azərbaycanı təmsil edəcək komanda seçiləcək
Mayın 12-dən başlayan 4 günlük yarışlarda müxtəlif bölgələrimizdən olan gənclər stend atıcılığı üzrə ölkə kubokunu qazanmaq uğrunda mübarizə aparıblar.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, ölkənin müxtəlif rayonlarını təmsil edən gənclər stend atıcılığının səngər və dairəvi növlərində kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında yarışıb. Yarışda 15 idmançı müxtəlif kateqoriyalarda fərqlənərək, diplom və təltiflərlərlə mükafatlandırılıb.
Növün adı | I yer | II yer | III yer |
Fərdi | |||
Səngər stendi (kişilər) | Quliyev Əlimirzə | Hüseynli Əli | Ağazadə Mirmömin |
Səngər stendi (qadınlar) | Camalova Aydan | Rəfixanova Alina | Eyvazova Ülviyyə |
Dairəvi stend (kişilər) | Ağazadə Niyaz | Qurbanov Fuad | Həsənov Cavid |
Dairəvi stend (qadınlar) | Cəfərova Nurlana | Meftaxetdinova Riqina | Nəcəfova Sevda |
Qarışıq komanda | |||
Səngər stendi | Quliyev Əlimirzə, Əmrahova Şəfəq | Ağazadə Mirmömin, Babayeva Aydan | Hüseynli Əli, Camalova Aydan |
Dairəvi stend | Qurbanov Fuad, Cəfərova Nurlana | Həsənov Cavid, Meftaxetdinova Riqina | Mustafayev Əli, Nəcəfova Sevda |
“Atıcılıq təkcə idman növü deyil, həm də diqqət, səbr və məqsədə gedən yolu doğru hədəfləyən vərdişlər toplusudur. Biz gənclərimizi bu sahəyə cəlb etməklə, onlarda həm də bu xüsusiyyətlərin möhkəmlənməsini arzulayırıq” – bunu Federasiyanın baş katibi Emin Cəfərov bildirib.
Qeyd edək ki, Respublika Kuboku yarışlarının qaliblərindən ibarət komanda ölkəmizi mayın 27-dən iyunun 7-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək Dünya Kuboku yarışlarında təmsil edəcək.