“Çelsi” Eden Azarı qaytarır
“Real”ın futbolçusu Eden Azar İngiltərəyə qayıtmağa yaxındır.
Məlumata görə, belçikalının xidmətində “Çelsi” maraqlıdır.
London təmsilçisi sabiq oyunçusunu geri qaytarmaq istəyir. “Çelsi” artıq “Real”la danışıqlara başlayıb. Klub rəhbərliyi Edeni mövsümün sonunda icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, belçikalı mövsümün 22 matçında 1 qol vurub.