AFFA koronavirusa görə klublara maliyyə yardımı edəcək
AFFA koronavirus pandemiyası ilə əlaqədar klublara maliyyə yardımı edəcək.
Bu barədə qurumun İcraiyyə Komitəsinin bu gün keçirilən videokonfrans formatındakı iclasında qərar verilib.
Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdiriləcək.