Şahmatçımız Avropa çempionatında üçüncü qələbəsini qazanıb
Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.
Şahmatçılarımızdan Günay Məmmədzadə qitə çempionatında üçüncü qələbəsini qazanıb. Digər təmsilçilərimiz Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova 3 turda 2 xal toplayıblar. Türkan Məmmədyarova, Xəyalə Abdulla 1,5, Ayan Allahverdiyeva, Nəsrin Babayeva, Zeynəb Məmmədyarova 1 xala malikdirlər.