Mərdəkan yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı
Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 1 qadın, 2 kişi olmaqla 3 nəfər hadisə yerində dünyasını dəyişib. 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.