Ağdamda tərk edilmiş mövqelərdən silah-sursat tapılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çullu kəndi ərazisində axtarış tədbirləri həyata keçirib.
Nəticədə 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.