Körpü uçdu, maşın çaya düşdü - Xəsarət alanlar var

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.
Adekvat.az APA-ya istinadən məlumat verir ki, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.
Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.