Ana körpəsini zibilliyə belə atıb - VİDEO

Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.
Hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.
Orada zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.
Uşağın anası polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Körpənin zibilliyə atılmasının görüntülərini təqdim edirik: