Bakıda quyuya düşərək ölən uşaqların adları məlum oldu

Sabunçu rayonunda quyuya düşərək ölən uşaqların adları məlum olub.
Məlumata görə, həmin şəxslər - Maştağa qəsəbə sakinləri, 2013-ci il təvəllüdlü Ağa Taleh oğlu Rəhimov və 2013-ci il təvəllüdlü Hüseyn Mətləb oğlu Qasımovdur.
Uşaqlar dost olub və ərazidə oyun oynayan zaman ehtiyatsızlıqdan quyuya yıxılıblar. Hadisə zamanı hər iki uşaq ölüb.