Antalya sahillərində gəmi batdı - İtkin düşənlər var
Türkiyənin Antalya vilayəti sahillərində gəmi batıb.
Stimulxəbər.az "TRT Haber"ə istinadən xəbər verir ki, gəmi ticarət gəmisi olub.
Bildirilib ki, ekipaj üzvlərindən 5 nəfər xilas edilərək sahilə çıxarılıb. 9 nəfər isə itkin düşüb. Hazırda axtarışların davam etdiyi qeyd olunub.
Hələlik gəminin hansı səbəbdən batması məlum deyil. Araşdırmalar aparılır.