Hərbçimiz qar uçqununa düşərək həlak oldu - VİDEO
Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq həlak olub.
Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.
Mərhumun 3 azyaşlı övladı qalıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib:
“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.