Bakı-Quba yolunda mikroavtobusla minik maşını toqquşub, ölənlər və xəsarət alanlar var
Bu gün səhər saatlarında Bakı-Quba yolunda baş verən qəzada xəsarət alanlardan biri ölüb.
APA-nın şimal bürosu xəbər verir ki, minik avtomobilinin sürücüsü, 1951-ci il təvəllüdlü Abdulov Abdul Rəsul oğlu xəstəxanada keçinib.
Qəza nəticəsində mikroavtobusda olan Elvin adlı sərnişin də ölüb.
1978-ci il təvəllüdlü Aynurə Abbasova, 1978-ci il təvəllüdlü Səriyyə Haşımova, 1995-ci il təvəllüdlü Sübhanı Talıblı və 1998-ci il təvəllüdlü Şəhriyar Musayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.