Biləsuvarda ağır qəza - 4 yaralı var
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Əsgərabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1988-ci il təvəllüdlü Gülşən Ağayeva, 1989-cu il təvəllüdlü Coşqun Ağayev, 1997-ci il təvəllüdlü Rəqsanə Rzazadə və 1997-ci il təvəllüdlü Mərhəmət Rzazadə xəsarət alıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.