Yasamalda su borusunun partlaması “fontan”a səbəb olub
Yasamalda su borusu partlayıb. Bu haqda BakuPlus.az sosial şəbəkələrə istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Hazırda Əsəd Əhmədov küçəsi yaranmış vəziyyətə görə bağlanıb. Həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Əraziyə xüsusi texnika və canlı qüvvə cəlb edilib.
Su borusunda baş vermiş qəzanın fəsadları aradan qaldırılır.
Qəza səbəbindən 3 marşrutun hərəkəti dəyişdirilib, Yasamal və Səbail rayonlarında su təhcizatında fasilə yaranıb.