Laçında iki hərbçimiz minaya düşdü
Azərbaycan Ordusunun iki hərbçisi minaya düşüb.
Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, hadisə Laçında baş verib.
"Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.