Binəqədidə yanğın başlayıb (VİDEO)
Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.