Eyvandan yıxılan ana-balanın kimliyi MƏLUM OLDU
Bakıda binadan yıxılan hamilə qadın və azyaşlı övladının kimliyi məlum olub.
Hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev küçəsi 116 ünvanında baş verib.
Həmin binanın 7-ci mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Umalatova Tamerlan Tofiq oğlu balkondan 6-cı mərtəbənin balkonuna yıxılıb.
Bunu görən ana 1995-ci il təvəllüdlü Umalatova Rövşanə Rövşən qızı uşağı tutmaq istəyərkən müvazinətini itirərək uşağın arxasınca yıxılıb.