Bakıda tələbələri avtomobil vurub
Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.
Hadisə Əhməd Rəcəbli küçəsində baş verib.
2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Yaralılar ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarər alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələridir.