Azərbaycanda 99 nəfəri siçovul dişləyib
"2022-ci ilin ilk 3 ayında Azərbaycanda 7051 nəfəri heyvan dişləyib".
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova sualları cavablandırarkən deyib.
"Ötən ilin ilk 3 ayı ərzində bu rəqəm 7361 idi. Pişik cırmaqlaması ilə bağlı 672 nəfər müraciət edib ki, bu, 2021-ci ilin müvafiq dövründə 582 idi. 2022-ci ilin ilk 3 ayı ərzində siçovul dişləməsi ilə bağlı 99 nəfər müraciət edib. Ən çox dişləmələrə məruz qalanlar 18 yaşdan yuxarı kişilər olub", - C. Cəfərova vurğulayıb.