Şəmkirdə dəhşətli hadisə - Qatarın altında qalaraq öldü
Martın 9-da saat 16 radələrində Şəmkir rayonunda dəhşətli hadisə baş verib.
Daxili İşlər Nazirliyinə istinadən xəbər verilir ki, Dəllər qəsəbəsi ərazisində yük qatarı qatarın hərəkət yoluna çıxmış Gədəbəy rayon sakini B.Əlizadəni vurub. O, hadisə yerində ölüb.
Şəmkir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.