Lənkəranda 27 yaşlı oğlan qətlə yetirilib
Lənkəranda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Sütəmurdov kəndində tanışı ilə mübahisə zamanı 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Zakir Əbülfəz oğlu İbrahimzadə sol budundan bıçaqlanıb.
Ağır yaralanan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Z. İbrahimzadə orada dünyasını dəyişib.
Hadisəni törədən şəxsin bıçaqladığı Z. İbrahimzadəni xəstəxanaya apardığı və könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.