Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən 15 nəfər saxlanılıb - VİDEO
Ötən gün keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 4, onlar üçün narkokuryerlik edən daha 11 nəfər saxlanılıb, onlardan külli miqdarda narkotik vasitə aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 15 nəfər tutulub.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.