Eyvandan düşən 16 yaşlı qızın vəziyyəti AĞIRDI
Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Bu barədə Mərkəzin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib: “Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.