Azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü
Azərbaycan vətəndaşı 40 yaşlı Müşfiq İbrahimov Rusiyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
Hadisə martın 8-də Leninqrad vilayətinin Volxovski rayonunun Potanino qəsəbəsi yaxınlığında baş verib. Qəza nəticəsində təyyarədə olan iki nəfər həyatını itirib.
Əslən Qubadan olan 40 yaşlı Müşfiq İbrahimov əvvəllər Azərbaycanın şimal bölgəsində yayımlanan televiziyalarda çalışıb.
M.İbrahimov ailəli idi, 3 övladı yadigar qalıb.