Qarlı havada yıxılaraq xəsarət alanların sayı 27-yə çatıb
Bu gün saat 15:00-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən xəbərə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.