Bakıda sərnişin avtobusu velosipedçini vuraraq öldürüb
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində İmişli rayon sakini E.Quliyev idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu ilə velosiped sürən qəsəbə sakini Hüseyn Kərimovu vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində tərəfindən araşdırma aparılır.